Xəzər Xəbər

Ruslar payızda harada istirahət edəcəklərini açıqladılar Siyahıda Azərbaycan da var

İqtisadiyyat | 15:19 • 10 Sentyabr 2019
Ruslar payızda harada istirahət edəcəklərini açıqladılar

Rusiyalı turistlərin əksəriyyəti payız istirahətini dəniz kənarında keçirmək istəyir.

Xidmət mütəxəssisləri üç mindən çox istifadəçi arasında sorğu keçirərək payızda harada tətil keçirməyin daha cəlbedici olduğunu müəyyən ediblər.

Sorğuda iştirak edənlərin 38 faizisuyun istiliyinin 25 dərəcə olduğu dəniz sahilində istirahət etməyi üstün tuturlar. Sorğuda iştirak edənlərin təqribən 16 faizi isə mövsümün sona çatdığı dəniz kurortlarında səyahəti seçəcəklərini bildiriblər.

Avropada gəzinti turları 14 faiz respondent üçün maraq doğurur, 4 faizpayızı Baltikyanı ölkələrdə qarşılamaq istədiyini, 3 faiziisə ilin bu dönəmində qonşu ölkələr - Ermənistan, Gürcüstan, Azərbaycana getmək lazım olduğunu söyləyib.

Xidmət respondentlərinin dörddə biri payız tətilini evdən uzaqlaşmadan keçirmək istədiyini bildirib. Bunlardan 6 faizi bağ evlərində istirahəti, 9 faizi meşə gəzintisi və ya balıq ovunu, 10 faiziisə istirahətini evdə divanda TV qarşısında seriallara baxaraq, kitab oxuyaraq və ya toxuculuqla məşğul olaraq keçirmək istədiyini açıqlayıb.

Payızda istirahət etmək üçün aviabiletləri alınan ölkələrin siyahısında ilk onluğa Özbəkistan, Ermənistan, Almaniya, İspaniya, İtaliya, Moldova, Qazaxıstan, İsrail, Türkiyə və Monteneqro daxildir.

Xəbər lenti

Çox oxunanlar