Xəzər Xəbər

Metallurgiya sənayesində 46,6 milyon manatlıq məhsul istehsal edilib

İqtisadiyyat | 17:09 • 19 Fevral 2019
Metallurgiya sənayesində 46,6 milyon manatlıq məhsul istehsal edilib

Yanvarda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 46,6 milyon manatlıq məhsul istehsal olunub.


Dövlət Statistika Komitəsindən bildirilib ki, metallurgiya sənayesində 16,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 25,4 faiz azalma müşahidə edilib.


Ay ərzində sahə üzrə 24,3 min ton (1,9 faiz çox) armatur, 74,9 ton (32,3 faiz çox) alüminium çubuqlar, millər və profillər istehsal olunub.

Xəbər lenti