Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Xezerxeber.az-ın məlumatına görə, fevralın 15-də qızılın qiyməti fevralın 14-ü ilə müqayisədə 7,14 manat artaraq 1 unsiya üçün 2232,032 manat təşkil edib.
Gümüş 0,0926 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4959 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 2,3035 manat azalaraq 1334,5850 manat, palladiumun qiyməti isə 20,3065 manat artaraq 2413,32 manat təşkil edib.
Ad | 15.02.2019 | 14.02.2019 | |
Qızıl | XAU | 2232,032 | 2224,892 |
Gümüş | XAG | 26,4959 | 26,5885 |
Platin | XPT | 1334,585 | 1336,8885 |
Palladium | XPD | 2413,32 | 2393,0135 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.