2018-ci ilin birinci yarısında Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 125 milyon dollara yaxın olub. Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə Azərbaycana Belarusdan idxalın həcmi 115 milyon 183 min 95 ABŞ dolları, Azərbaycandan Belarusa ixracın həcmi isə 9 milyon 615 min ABŞ dollarını ötüb.
Qeyd edək ki, 2017-ci ildə Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib.