Xəzər Xəbər

Dövlət Toxum Fondu 5 emal müəssisəsi istifadəyə verəcək

İqtisadiyyat | 10:55 • 3 Avqust 2018
Dövlət Toxum Fondu 5 emal müəssisəsi istifadəyə verəcək

Toxumçuluğun inkişafı sahəsində Türkiyə təcrübəsi Azərbaycan üçün çox önəmlidir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri avqustun 3-də Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.


Dövlət Toxum Fondu ilə Türkiyənin "TİGEM" Aqrar Məsələlər Baş İdarəsinin "Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi” mövzusunda birgə keçirdiyi praktik seminarda çıxış edən E.Əliyev fondun yaranma səbəblərindən söz açaraq diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumun emal müəssisələrindən 2-si cari ildə, 3-ü isə 2019-cu ildə istifadəyə veriləcək.


Seminarda toxum sertifikatlaşması, normativ və hüquqi aktlar, eləcə də Türkiyə təcrübəsi ilə bağlı məruzələr dinlənilib, Dövlət Toxum Fondunun təqdimatı keçirilib.


Sonda Dövlət Toxum Fondu ilə Türkiyənin "TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.

Xəbər lenti

Çox oxunanlar