Xəzər Xəbər

İtaliya hökuməti onlayn ticarət üçün vergi tətbiq etməyə hazırlaşır

İqtisadiyyat | 16:44 • 27 İyul 2018
İtaliya hökuməti onlayn ticarət üçün vergi tətbiq etməyə hazırlaşır

İtaliya Senatının büdcə komitəsi bir sıra onlayn satış əməliyyatları üçün vergi tətbiq olunması təklifini qəbul edib.


AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, 2018-ci il üzrə dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinə daxil olan bu təklifdə göstərilir ki, axtarış sistemləri və sosial şəbəkələr kimi iri onlayn platformalar vasitəsilə xidmətlər əldə edən şirkətlər və fiziki şəxslər məbləğin altı faizini tutaraq həmin vəsaiti İtaliyanın vergi orqanına köçürməlidirlər.


Təklif edilən vergi "Google” və "Facebook” kimi iri internet şirkətlərindən vergi yığımının artırılmasına yönəldilib və bu addımın atılması büdcəyə ildə 114 milyon avro əlavə gəlir daxil olmasına şərait yaradacaq. Kiçik müəssisələr qəbilindən olan müəyyən vergiödəyiciləri, eləcə də əməliyyatının məbləği 30 avrodan az olan fiziki şəxslər bu verginin yığılmasından azad ediləcəklər.


İlin sonuna qədər parlament tərəfindən təsdiq ediləcəyi təqdirdə, qanunun qüvvəyə minməsi 2019-cu ilin əvvəlinə gözlənilir. Hökumət avqust ayına qədər tədbirlərin ümumi həcmini dəqiqləşdirmək niyyətindədir.

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024