Xəzər Xəbər

"Avro-2016" millimizin bütün rəqibləri məlum oldu

İdman | 16:02 • 23 Fevral 2014
"Avro-2016" millimizin bütün rəqibləri məlum oldu

Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatma Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında baş tutub.

Püşkatmada ölkəmiz iki nəfərlə təmsil olunub. Bunlar AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın almaniyalı baş məşqçisi Berti Foqts olub.

2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 53 komanda 6 səbətə bölünüb. Səbətlərin tərkibi yığmaların UEFA reytinqinə əsasən müəyyənləşdirilib. Ölkələr arasında müharibə vəziyyəti ilə əlaqədar diplomatik gərginlik səbəbi ilə seçmə mərhələdə İspaniya ilə Cəbəllütariq, Rusiya ilə Gürcüstan, Azərbaycanla isə Ermənistan eyni qrupda yer ala bilməzlər.

Səbətlərin tərkibi aşağıdakı kimidir:

1. İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina

2. İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya

3. Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya

4. Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

5. İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

6. Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları

Qeyd edək ki, seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. 

A Qrupu: Hollandiya, Qazaxstan, İslandiya, Latviya, Türkiyə, Çexiya

B Qrupu: Bosniya - Hersoqovina, Andorra, Kipr, Uels, İsrail, Belçika

C Qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna

D Qrupu: Almaniya, Cəbəlüttariq, Gürcüstan, Şotlandiya,Polşa, İrlandiya

E Qrupu: İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə

F Qrupu: Yunanıstan, Farer adaları, Şimali İrlandiya,Finlandiya, Rumıniya, Macarıstan

G Qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Monteneqro, Avstriya,İsveç

H Qrupu: İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya

I Qrupu: Portuqaliya, Albaniya,Ermənistan, Serbiya, Danimarka

Xəbər lenti

Çox oxunanlar