Topaz Premyer Liqanın son turunda bu gün "Sumqayıt"a uduzan "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib.
Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyətdə özünü günahlandırıb.
"Günah məndədir, bir sıra səhvlərə yol verdim. Rəqibin “Simurq”la oyununu analiz etmişdim, “Neftçi”yə qarşı komandalar başqa cür köklənir. Qarşıda “Qarabağ”la keçiriəcəyimiz çox çətin oyun var. Müdafiədə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Bu oyunda gənclərə şans verdik” - deyə o qeyd edib.