Xəzər Xəbər

Berti Foqts iddialı danışdı

İdman | 18:07 • 23 Fevral 2014
Berti Foqts iddialı danışdı

“Bəxtimizə daha güclü komandalar da çıxa bilərdi. Ancaq ortabab komandalar bizimlə eyni qrupda mübarizə aparacaq”. Bunu apasport.az saytına milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Fransanın Nitsa şəhərində keçirilən növbəti Avropa çempionatının püşkatmasında iştirak edən Berti Foqts qrupu dəyərləndirib: “Bakıdakı oyunlarda bütün rəqiblər üzərində qələbə qazanmağa çalışacağıq. İtaliya və Xorvatiya qrupun favoritləridir. Bizim qrupdan 3-cü yerdə çıxmaq imkanımız var. Ancaq bu bizim üçün çox çətin görünür. Bu, 2 favoritin yer aldığı rahat olmayan çətin bir qrupdur. 3-cü yerə namizədlər arasında Norveç hamıdan bir addım öndədir”.

 

Qeyd edək ki, millimiz H qrupunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə mübarizə aparacaq.

Xəbər lenti

Çox oxunanlar