Bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması Rusiyada keçiriləcək. Burada yerli "Zenit" və "Borussiya" (Dortmund) klubları üz-üzə gələcək.
Qrup səddini aşan Yunanıstanın "Olimpiakos" klubu isə doğma meydanda "Mançester Yunayted"i sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin son iki oyunu sabah axşam keçiriləcək.
25 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)
23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
26 fevral
23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)