XəzərXəbər-in verdiyi məlumata görə, Topaz Premyer Liqasında 23-cü turun rəmzi komandası açıqlanıb. “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı – Andrey Popoviç (“Sumqayıt”)
Müdafiəçilər – Yure Travner (“Bakı”), Bədavi Hüseynov (“Qarabağ”), Mario Abrante Alvares (“Bakı”), İlkin Qırtımov (“Simurq”)
Yarımmüdafiəçilər – Rəhman Hacıyev (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”), Alberto Noquera (“Bakı”), Mirzağa Hüseynpur (“Sumqayıt”)
Hücumçular – Nedo Turkoviç (AZAL), Ruslan Nəsirli (“Sumqayıt”)
Turun ən yaxşı oyunçusu isə “Sumqayıt”ın qapıçısı Andrey Popoviçdir.