Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Bu gecə daha iki qarşılaşma baş tutacaq.
Azərbaycanlı azarkeşlərin də böyük maraqla gözlədiyi oyun İstanbulda baş tutacaq. Burada yerli "Qalatasaray" "Çelsi"ni sınağa çəkəcək.
Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gələcək.
26 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
25 fevral
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
Qollar: Mixtaryan, 4 (0:1), Roys, 5 (0:2), Şatov, 58 (1:2), Levandovski, 61 (1:3), Halk, 69-pen (2:3), Levandovski, 71 (2:4)
23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qollar: Dominges, 38 (1:0), Kembel, 55 (2:0)