Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Elazığspor" klubunun yarımmüdafiəçisi Əli Gökdəmir bütün futbolçularımıza nümunə olacaq bir addım atıb. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü sosial şəbəkələrdən birində 26 fevral - Xocalı faciəsi ilə əlaqədar faktları və öz düşüncələrini paylaşıb.
Həmin paylaşma ilə aşağıdakı şəkildə tanış ola bilərsiz. Sırf azərbaycanlı olmadığına görə Gökdəmirin yığmamıza çağırılmasına etiraz edən çox futbol adamı var. Halbuki, millimizə tam can yandırmadığı iddia olunan Gökdəmirlə müqayisədə bələ də bu gün Xocalı soyqırımının anım günü olduğundan xəbərsiz olanlar da var.