Xəzər Xəbər

Bukmekerlər "Qalatasaray"a şans tanımır

İdman | 19:45 • 26 Fevral 2014
Bukmekerlər "Qalatasaray"a şans tanımır

 

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Xəzərxəbər-in məlumatına görə, bu gecə daha iki qarşılaşma baş tutacaq.

Azərbaycanda da böyük maraqla gözlənilən oyun İstanbulda baş tutacaq. "Qalatasaray" Joze Mourinyonun "Çelsi"sini sınağa çəkəcək.

Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" oyununda İstanbul təmsilçisinin şansları aşağı qiymətləndirilir. Dünyanın məşhur bukmekerləri İstanbulda baş tutacaq oyunda "Çelsi"ni favorit görürlər. Belə ki, ingilislərin qələbəsinə 2,05 əmsal verilib. "Qalatasaray"ın qələbəsi 3,75 və oyunun heç-heçə bitməsi 3.2 əmsalla qiymətləndirilib. 

26 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)

23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

Xəbər lenti

Çox oxunanlar