in istefasına sayılı günlər, saatlar qalıb. Artıq Mançester klubunun rəhbərliyi, azarkeşlər həyəcan təbili çalmaqdadı. Sabiq "Everton"lu mütəxəssisin istər ölkədaxili yarışlar, istərsə də Çempionlar Liqasında uğursuzluğu artıq əsəbləri tarıma çəkib. Klub fanatları da hazırkı gedişatdan xeyli narazıdılar.
Çempionlar Liqasının 1/8 final mərhələsində ilk görüşü səfərdə "Olimpiakos"a uduzan (2:0) "qırmızı şeytanlar"ın fanat ordusu matç başa çatan kimi ayağa qalxıb. Klub rəhbərliyinə etiraz edən azarkeşlər sosial şəbəkələr vasitəsilə Moyesin qovulmasını tələb ediblər.
Artıq "mankunianlar"ın rəhbərliyi də 51 yaşlı çalışdırıcı ilə yolları ayırmağa hazırlaşır. Məlumata görə, hazırda istənilən məşqçini gətirmək çətin olduğu üçün mövsümün sonuna qədər komandaya yenidən Aleks Fergüsson rəhbərlik edəcək. Mövsümlərarası fasilədə səviyyəli və təcrübəli bir məşqçi axtarışına çıxacaq klub eyni zamanda Qarri Nevill və Rayan Giqqzin də namizədliklərini gözdən keçirəcək.