Xəzər Xəbər

Mourinyo yenə aranı qarışdırdı

İdman | 11:01 • 27 Fevral 2014
Mourinyo yenə aranı qarışdırdı

 

“Qalatasaray”- “Çelsi” matçının ardından ingilis klubunun baş məşqçisi Joze Mourinyo mətbuat konfransı keçirib.

Mourinyo indiki “Qalatasaray”ın banisinin Fatih Terim olduğunu vurğulayıb: Nəticədən razı qalmadım. İlk hissədə biz yaxşı oynadıq və qol şansları yaratdıq. Lakin ikinci hissədə “Qalatasaray” bizdən güclü idi. Təzyiqlərinə məruz qaldıq və qol buraxdıq. Ümumilkdə, müdafiədə inamlı olmağı bacardıq. Bu “Qalatasaray” da ötən ilkinə oxşayır. Fatih Terim çox yaxşı iş görüb. Bu gün də sanki onun “Qalatasaray”ına qarşı oynayırdıq”

 Qeyd edək ki, oyun 1-1 hesablı bərabərliklə yekunlaşıb.

Xəbər lenti