Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Qalatasaray”- “Çelsi” matçında həm meydan daxilində, həm də ondan kənarda bir-birindən maraqlı hadisələr yaşanıb.
1-1 hesablı bərabərliklə bitən görüşün 80-ci dəqiqəsində “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini Didye Droqbanı Umut Bulutla əvəzləyib.
Meydanın kənarına gələn Droqba Maçininin qulağına nəsə pıçıldayıb. Matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlər baş məşqçiyə bu hadisə ilə bağlı sual veriblər. Mançini də öz növbəsində, Droqbanın ona dediyi sözün o qədər də şəxsi olmadığını deyib: “Droqba sadəcə olaraq axşam yeməyini bir yerdə yeməyi təklif etdi”