“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini də “Çelsi ilə oyundan sonra fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb.
Mançini komandasının ikinci hissədə nümayiş etdirdiyi oyundan razı qaldığını dilə gətirib: “İlk hissədə çox pis oynadıq. Görüş ərzində 4-5 səhv buraxdıq ki, bunların biri də qolla nəticələndi. Ancaq ikinci hissədə komandam nəyə qadir olduğunu göstərdi. “Çelsi”yə dəyərindən artıq hörmətlə yanaşdıq. İngiltərədə işimiz çox çətin olacaq. Növbəti mərhələ şansımızı 40 faiz olaraq dəyərləndirirəm”