UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində oynanılan "Qalatasaray"-"Çelsi" matçının yenidən oynama ehtimalı var.
Matçda Con Terrinin əlindəki topu meydana atması mübahisələrə səbəb olub. Epizodun ardından tez oyuna başlayan "Qalatasaray" Burak Yılmazla qol vur sa da matçın baş hakimi qolu qeydə almayıb. Bu epizodla bağlı "Qalatasaray"ın UEFA-ya şikayət edəcəyi gözlənilir.
Qeyd edək ki, "Beşiktaş"-"Kasımpaşa" matçında da buna bənzər hadisə yaşanmışdı. Donkun Terri kimi addım atması "Beşiktaş"-"Kasımpaşa" matçının təkrar oynanılmasına səbəb olmuşdu.
Xatırladaq ki, "Qalatasaray"-"Çelsi" matçı 1:1 hesabı ilə nəticələnmişdi .