Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qol buraxıb.
Nəticədə onun “quru seriya”sı 952 dəqiqəyə çatıb. Bu isə “Atletiko”nun qapıçısı Abel Resinonun 1990/91 mövsümündə müəyyənləşdirdiyi nəticədən 28 dəqiqə çoxdur.
Qeyd edək ki, Kasilyas cari mövsümdə “Real”ın heyətində ancaq Çempionlar Liqası və İspaniya kubokunda oynayır.