Xəzər Xəbər

Avropa Liqasının 1/8 finalında bu komandalar qarşılaşacaq

İdman | 09:33 • 28 Fevral 2014
Avropa Liqasının 1/8 finalında bu komandalar qarşılaşacaq

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

 

Bu mərhələdə iki eyni ölkənin komandaları üz-üzə gələcək.

 

Belə ki, 1/8 finalda İspaniyanın "Sevilya" və "Betis", İtaliyanın isə "Yuventus" və "Fiorentina" komandaları üz-üzə gələcək. Digər cütlüklərdə müxtəlif ölkələrin təmsilçiləri qarşılaşacaq.

 

Qeyd edək ki, bu mərhələnin oyunları 13-20 mart tarixlərində keçiriləcək.

 

 

 

 Avroliqada 1/8 final mərhələsinin cütlükləri:

 

"AZ Alkmaar” (Hollandiya) -  “Anji” (Rusiya)

 

“Ludoqorets” (Bolqarıstan) - “Valensiya” (İspaniya)

 

"Porto" (Portuqaliya) - "Napoli" (İtaliya)

 

“Lion” (Fransa) - Viktoriya” (Çexiya)

 

“Sevilya” (İspaniya) - “Betis” (İspaniya)

 

“Tottenhem” (İngiltərə) - "Benfika" (Portuqaliya)

 

"Bazel" (İsveçrə) - “Zalsburq” (Avstriya)

"Yuventus" (İtaliya) - “Fiorentina” (İtaliya)

Xəbər lenti

Çox oxunanlar