Xəzər Xəbər

Türkiyə bu xəbərlə çalxalanır

İdman | 12:46 • 28 Fevral 2014
Türkiyə bu xəbərlə  çalxalanır

 

Türkiyənin adlı-sanlı klublarından olan “Fənərbaxça” haqqında son günlərdə şok xəbərlər yayılmaqdadır.

Hazırda Türkiyə Super Liqasında lider olan “Fənərbaxça” çempionatı yarımçıq qoya bilər. Belə ki, klubun idarə heyətinin üzvü Deniz Tolqa Aytöre son illərdə Türkiyə Futbol Federasiyasının kluba verdiyi cəzaları yersiz və haqsız sayır: “Mənim deyəcəyim fikirlər rəhbərliyin düşüncələri ilə üst-üstə düşür. TFF-nin bizə qarşı münasibəti düzgün deyil. Haqsızlığa məruz qalırıq. Ya ədalətli bir çempionatın bir parçası olarıq, ya da biz bu oyunda yoxuq”

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası yaxın günlərdə “Fənər”  azarkeşlərinin davranışları səbəbiylə yenidən cəza verib. Bu həftəsonu “Şükrü Saracoğlu” stadionunda keçiriləcək “Fənərbaxça” “Gənclərbirliyi”  matçını yalnız qadınlar və uşaqlar izləyə biləcəklər.

Xəbər lenti