Beynəlxalq Futbol Birliyi Qurumunun (İFAB) sabah İsveçrədə sayca 128-ci toplantısı keçiriləcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq iclasda bir neçə önəmli dəyişiklik müzakirə olunacaq.
İFAB tətbiq etmək istədiyi dəyişikliklərdən biri matçlarda narıncı vərəqədən istifadə olunmasıdır. Futbolçu qırmızı və sarı vərəqəyə alternativ olan bu vərəqə ilə cəzalandırılacağı təqdirdə, bir neçə dəqiqə komandasına kömək edə bilməyəcək. Bundan başqa hakimlərin işini asanlaşdırmaq üçün video sistemlərin quraşdırılması da planlaşdırılır. Bununla da hakimlər mübahisəli epizodu yenidən izləyə biləcəklər.