Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına start verilib.
Turun açılış oyununda "Bakı" "Sumqayıt"la qarşılaşıb. Futbolçuların cəhdlərionə baxmayaraq, qapılara qol vurulmayıb - 0:0.
60-cı dəqiqədə "Sumqayıt"ın oyunçusu Nodar Məmmədov iki sarı vərəqədən sonra meydanı vaxtından əvvəl tərk edib.
"Qəbələ" isə səfərdə "Simurq"un qonağıdır. Komandalar fasiləyə qolsuz bərabərliklə çıxıblar.