Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Azərbaycan derbisinin gedişində örnək hərəkət edib. Belə ki, qırmızı vərəqə ilə cəzalandırılmış Araz Abdullayev meydançanı tərk etməmiş “Qarabağ” cərimə zərbəsindən oyuna başlayıb və hücum qolla nəticələnib.
Hamının susduğu, hər kəsin çaş-baş qaldığı məqamda Rəşad Sadıqov böyüklük edib. O, referi Vüsal Əliyevin yanına gedərək, komanda yoldaşının vurduğöu qolun sayılmamasını istəyib və Vüsal Əliyev onun dediklərini edib.
Oyunu saxlayan referi Arazı qovub, daha sonra “Qarabağ” oyuna yenidıən cərimə zərbəsi ilə başlayıb. Bundan az sonra isə “Qarabağ” 3-cü qolu vurub.