"Barselona" "Yuventus"un futbolçusu Arturo Vidalın transferi üçün İtaliya klubunun nümayəndələri ilə rəsmi danışıqlara başlayıb.
Bu barədə Kataloniya təmsilçisi ilə yaxınlığı bilinən "Sport" qəzeti məlumat yayıb. İlk danışıqların müsbət mənada keçdiyi və mövsümün sonunda bu transferin baş tutmasını yüksək olduğu bildirilib. Qəzet yazıb ki, "Barsa" yarımmüdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Vidalın "Yuventus"la 2017-ci ilə qədər müqaviləsi var.
qol.az