"Milan" klubunun Klarens Zeedorf İtaliya A Seriyasında dünən "Yuventus"la baş tutan görüşü şərh edib.
İtaliya mətbuatına danışan hollandiyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:
"Nəticəyə baxmayaraq komandamın oyunundan razı qaldım. Güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Rəqib ikinci hissəni əsasən müdafiədə keçirdi. Oyundan öncə futbolçularıma bu matçın bizim üçün çox vacib olduğunu söyləmişdim. Onlara "Yuventus", "Atletiko" və "Sampdoriya"ya qarşı yaxşı oynamaqla özünəinamı qaytara biləcəyimizi demişdim. "Yuventus"u ancaq tank saxlaya bilər. Onlar bu mövsüm çox uğurlu çıxış edirlər. Karlos Tevezə gəldikdə isə o dünyanın ən yaxşı hücumçularından olduğunu sübut etdi".
Qeyd edək ki, "Milan" - "Yuventus" oyunu 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
qol.az