"Atletiko"Madridin türkiyəli futbolçusu Arda Turan mövsüm sonunda klubundan ayrılacaq.
Artıq 3 ildir "Atletiko"da oynayan Turan yeni macəra yaşamaq istəyir. Futbolçu ilə bir çox adlı-sanlı klublar maraqlanır. Lakin son vaxtlarda "Milan" Ardanı heyətinə qatmaq üçün daha israrla çalışır. Türkiyəli futbolçu özü də İtaliyada oynamaq fikrinə müsbət yanaşır. Baxmayaraq ki, "Atletiko" Ardanı transfer etmək istəyən klubdan 42 milyon avro istəyəcəyini bəyan edib ancaq bu amil deyəsən, "Milan"ı qorxutmayacaq. "Atletiko" rəhbərliyi də artıq Ardanı klubda saxlamağın çətinləşdiyin bildirib.