İngiltərə klubu “Vest Hem”də forma geyən Endi Karrolun zədə alıb.
“Everton”la oyunun 29-cu dəqiqəsində barmağı çıxan hücumçu bir anda yaşadığı ağrı üzündən yerə yıxılıb.
Meydana daxil olan həkim qısa zaman ərzində Karrolun çıxan barmağını yerinə salıb və futbolçu oyuna davam edib.
“Vest Hem”in məşqçisi Sem Allardis Karrolun aldığı zədəsi ilə bağlı bunları deyib:
“Endinin barmağını həkim yerinə salarkən o, acı çəkmədi. Amma mən izləyərkən diksindim. Endiyə isə heç bir şey olmadı”.