Hollandiya millisinin baş məşqçisi Lui van Qal bu il baş tutacaq dünya çempionatından sonra böyük ehtimalla İngiltərədə çalışacaq.
Təcrübəli mütəxəssis turnir başa çatan kimi "Mançester Yunayted"də baş məşqçilik edəcək.
Tərəflər arasında bu barədə artıq razılıq əldə olunub.
Qeyd edək ki, Lui van Qalın "DÇ-2014"dən sonra Hollandiya yığmasından ayrılacağı artıq dəqiqləşib. Təcrübəli çalışdırıcı Premyer Liqada işləmək istədiyini bildirib("qol.az").