Xəzər Xəbər

"Barselona"dan şok

İdman | 09:45 • 5 Mart 2014
"Barselona"dan şok

 

"Barselona"nın futbolçusu Karles Puyolun mövsümün sonunda Kataloniya klubundan ayrılacağı dəqiqləşib.

Təcrübəli müdafiəçi bu gün keçirdiyi mətbuat konfransında "Barsa"dan gedəcəyini açıqlayıb:
 
"Rəhbərliklə bununla bağlı danışmışam. "Barselona"da hələ üç ay qalacam. Amma mövsümün sonunda ayrılacam".

Puyol Kataloniya klubundan getdikdən sonra nə edəcəyinə hələ qərar vermədiyini bildirib: "Bir müddət dincəlmək istəyirəm".

Qeyd edək ki, Puyol 1999-cu ildən "Barselona"nın əsas komandasında oynayır.

Xəbər lenti