Xəzər Xəbər

Luçesku Ukraynanı tərk etmək istəmir

İdman | 10:26 • 5 Mart 2014
Luçesku Ukraynanı tərk etmək istəmir

 

“Qalatasaray” və “Beşiktaş”la Türkiyə çempionluğu yaşayan Mirça Luçesku son günlər barəsində gəzən söz-söhbətə son qoyub. Rumıniyalı məşqçi Ukraynanın “Şaxtyor” komandasından ayrılacağı ilə bağlı xəbərləri təkzib edib.

Luçesku bunların tamamilə əsassız xəbər və dedi-qodu olduğunu vurğulayıb: "Heç bir yerə getmirəm. Əksinə, burada qalıb bütün dünyaya Ukraynanın heç nəyə baxmayaraq yaşayacağını göstərmək istəyirəm."

Xəbər lenti

Çox oxunanlar