Xəzər Xəbər

"Qalatasaray"ın canlı əfsanəsinə həbs şoku

İdman | 12:38 • 5 Mart 2014
"Qalatasaray"ın canlı əfsanəsinə həbs şoku

“Qalatasaray” və Rumıniya millisinin sabiq futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb.

 Rumıniyalı  transferlərdə qanunsuzluq etməsi və vergidən yayındığı üçün həbs olunub.  O, 1999-2005-ci illərdə 12 transferdə maliyyə saxtakarlığına  yol verməkdə günahkar bilinib.

 

Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların şərəfini qoruyub.  O, "aslanlar"ın heyətində onların  2000-ci ildə UEFA Kubokunu qazanmasında böyük rol oynayıb.

 

George Rumıniya (1988), Hollandiya (1991, 1992), Türkiyə (1998, 1999, 2000) çempionudur. Rumıniya Kubokunu (1988), İspaniya Kubokunu (1997), Hollandiya Superkubokunu (1997) qazanıb.

Xəbər lenti

Çox oxunanlar