Xəzər Xəbər

Messiyə rekord transfer təklifi

İdman | 17:41 • 6 Mart 2014
Messiyə rekord transfer təklifi

 

"Mançester Siti" klubu "Barselona"nın hücumçusu Lionel Messiyə fantastik təklif hazırlayır.

 

Mançester təmsilçisi argentinalı futbolçunun transferi üçün 200 milyon avrosundan keçməyi planlaşdırır.

 

İngilis təmsilçisi Messinin illik qazancını da açıqlayıb. Belə ki, Messi "Mançester Siti"də oynayacağı təqdirdə ilinə 25 milyon avro qazanacaq. Təcrübəli futbolçunun bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, komandasıyla 2018-ci ilə qədər müqaviləsi olan Messi bu mövsüm çıxdığı 30 oyunda 27 qola imza atıb.

qol.az

Xəbər lenti