Xəzər Xəbər

Bu cəza futbol tarixinə düşdü – Şok

İdman | 13:54 • 7 Mart 2014
Bu cəza futbol tarixinə düşdü – Şok

 

Xezerxeber.com  lent.az-a istinadən xəbər verir ki, Vyetnam Futbol Federasiyası (VFF) ölkə çempionatında çıxış edən "Sonq Lam Nqhe An” klubunun müdafiəçisi Tran Dinh Donqa görünməmiş cəza kəsib.

Həmin futbolçu 28 matçlıq diskvalifikasiyaya və 1200 dollar cəriməyə məruz qalıb.

 

Səbəb kimi onun "Hunq Vuonq An Gianq”ın yarımmüdafiəçisi Nquyen Anh Hunqdan topu almaq istərkən, onun ayağını sındırması göstərilib. Eyni zamanda, günahkar şəxs ən azı bir il oynaya bilməyəcək zərərçəkənin bütün tibbi xərclərini ödəməlidir.

 

Qeyd edək ki, VFF ağır cəzanı ölkənin futbol meydanlarında futbolçuların aqressiv davranışlarının baş alıb getməsi ilə əsaslandırıb.

Xəbər lenti

Çox oxunanlar