Xəzər Xəbər

"Barselona" ilk "bomba"nı partlatdı

İdman | 15:31 • 7 Mart 2014
"Barselona" ilk "bomba"nı partlatdı

 

İspaniyanın "Barselona" klubu mövsüm başa çatmamış ilk yeni transferini reallaşdırır.
Katalonlar Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun qolkiperi Mark-Andre Ter Şteqen ilə anlaşıb.

 

Klubla imzaladığı müqaviləsinin müddəti 2015-ci ildə başa çatacaq Şteqen "Borussiya"da qalmayacağını bildirib. O, "Barselona" ilə müddəti 2019-ci ilədək olacaq müqavilə imzalamağa hazırlaşır.
 

 

"Barsa" qolkiper üçün münhenqladbaxlılara 12 milyon avro ödəyəcək.

 

 

Ter Şteqen "Borussiya"nın heyətində 100 matçda oynayıb.

Xəbər lenti