Xəzər Xəbər

Arda Turan üçün 27 milyon avro

İdman | 18:45 • 7 Mart 2014
Arda Turan üçün 27 milyon avro

 

"Atletiko" klubunun yarımmüdafiəçisi Arda Turan Britaniya klubunun maraq dairəsinə düşüb. Belə ki, türkiyəli futbolçu ilə "Mançester Yunayted" klubu maraqlanmağa başlayıb.

Cari mövsüm yarımmüdafiə xəttində ciddi sıxıntı yaşayan Mançester təmsilçisi yaranmış boşluğu məhz Arda ilə doldurmaq niyyətindədir. Bu məqsədlə "qırmızı şeytanlar" "Atletiko"ya 27 milyon avro təklif də ediblər.

Madrid klubu hələlik bu təklifə rəsmi cavab verməyib.

Xəbər lenti

Çox oxunanlar