Xəzər Xəbər

“İnter” Torresi gözləyir

İdman | 13:46 • 8 Mart 2014
“İnter” Torresi gözləyir

“İnter”in bu dəfəki hədəfi dünya və avropa çempionu olan Fernando Torresdir. İtalyanlar Torresə görə 20 milyon avro ödəməyə hazırdırlar.

2011-ci ildə 50 milyon funt-sterlinqə “Liverpul”dan “Çelsi”yə keçən Torres ondan gözlənilən performansı tam şəkildə göstərə bilmədi. 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo isə yeni mövsümdən etibarən Radamel Falkaonu, ya da Diyeqo Kostanı sərəncamında görmək istəyir.

 

Bu transferlərdən hər hansı biri baş tutsa, Mourinyo Torresdən rahat şəkildə imtina edəcək.

 

Xəbər lenti

Çox oxunanlar