Turun açılış günü üçün üç oyun nəzərdə tutulub.
Günün ilk qarşılaşmasında "Sumqayıt" "İnter"i qəbul edib və 0:1 hsabı ilə uduzub. Daha sonra "Xəzər Lənkəran" səfərdə "Rəvan"ın qonağı olub. Bu görüşdə meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.
Günün son qarşılaşmasında isə AZAL doğma meydanda "Simurq"u sınağa çəkəcək.
Qeyd edək ki, sabah keçiriləcək iki oyunla tura yekun vurulacaq.
8 mart (şənbə)
16:00. AZAL - “Simurq” - 0:1 (İkinci hissə)
Qol: Stepan Polyak, 29 (0:1)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mübariz Haşımo, Ziya Nəsirov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“AZAL Arena” stadionu
14:00. "Sumqayıt” – “İnter” - 0:1
Qol: Vaqif Cavadov, 63 (0:1)
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İsgəndər Əliyev, Teymur Fərhadov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
15:00. “Rəvan” – “Xəzər Lənkəran” - 2:1
Qollar: Nikola Qliqorov, 12 (0:1), Orxan Lalayev, 33 (1:1), Miloş Adamoviç, 90+2 (2:1)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Alik Yunusov
“Bayıl Arena” stadionu