Xəzər Xəbər

2014-cü ilin ən varlı futbolçuları - SİYAHI

İdman | 15:07 • 10 Mart 2014
2014-cü ilin ən varlı futbolçuları - SİYAHI

10 futbolçunun yer aldığı siyahıya "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir.

Madrid klubunda ilinə 17 milyon avro qazanan portuqaliyalı futbolçu "Nike", "Armani", "Castrol Edge", "Jacob & Co", "Herbalife", "Banco Espirito Santo" və KFC kimi bahalı şirkətlərdən yüksək gəlir əldə edir. Madrid, Lissabon və Madeyrada mülkləri olan Ronaldonun avtomobil kolleksiyasında "Lamborcini Aventador" və "Buqatti Veyron" kimi bahalı maşınlar var.

 

"Barselona"nın ulduz futbolçusu Lionel Messi isə siyahıda ikinci olub. Kataloniya klubunda ilinə 15 milyon avro qazanan argentinalı futbolçu "Adidas" şirkəti ilə imzaladığı sponsporluq müqaviləsindən ildə 2 milyon avro qazanır. Doğulduğu Rosario vilayətində bir sıra evləri olan Messinin Barselonada lüks bir malikanəsi də mövcuddur. 26 yaşlı futbolçu "Ferrari F430 Spider" və "Audi R8" kimi bahalı avtomillərə də sahibdir.

 

2011-ci ildə 20 milyon avro müqabilində "İnter"dən "Anji"yə transfer olunan Samuel EtoO dünyanın ən varlı üçüncü futbolçusu olmağı bacarıb. Kamerunlu futbolçu 2009-cu ildən bəri milli komandada forma geyindiyi hər oyun üçün 33 min avro qazanır. PUMA, "Ford" və "John Richmond" şirkətləri ilə müqaviləsi olan 32 yaşlı futbolçu reklam çəkilişlərindən də yüksək gəlir əldə edir. EtoOnun bir "Buqatti Veyron", iki "Aston Martin" və bir "Maybak" kimi bahalı avtomobilləri var.

 

 

 1. Kriştiano Ronaldo ("Real", Madrid)

2.
Lionel Messi ("Barselona")

3.
Samuel EtoO ("Çelsi")

4.
Ueyn Runi ("Mançester Yunayted")

5.
Kaka ("Milan")

6.
Neymar ("Barselona")

7.
Ronaldinyo ("Atletiko Mineyro")

8.
Zlatan İbrahimoviç (PSJ)

9.
Canluici Buffon ("Yuventus")

10.
Tyeri Anri ("Nyu-York Red Bulls")

Xəbər lenti