Xəzər Xəbər

Arda Turana İngiltərə nəhəngindən təklif

İdman | 17:29 • 10 Mart 2014
Arda Turana İngiltərə nəhəngindən təklif

 

Hər transfer pəncərəsində adı Avropanın nəhəng klubları ilə yanaşı çəkilən Arda Turana daha bir möhtəşəm təklif gəlib.

 

Hazırda "Atletiko"da forma geyinən türk ulduz "Arsenal"a keçə bilər. 

 

Mövsümün sonunda Madriddən ayrılacağı ilə bağlı söz-söhbətlər gəzən yarımmüdafiəçini London klubunun baş məşqçisi Arsen Venger təkidlə transfer etmək istəyir. Ardanın meneceri Ahmet Bulut isə futbolçunun heç yerə getmək niyyətində olmadığını bildirib: "Arda Madriddən ayrılmaq niyyətində deyil. Bəli İngiltərədən ona bəzi təkliflər gəlib, amma o klubla müqaviləsini yeniləyib. "Atletiko"nun bu il çempionluq yarışında əsas simalarından biridir və Arda Turan burada çox xoşbəxtdi".

Xəbər lenti