Xəzər Xəbər

"Yekə diş" maraqlı açıqlamalar verdi

İdman | 17:47 • 10 Mart 2014
"Yekə diş" maraqlı açıqlamalar verdi

 

2011-ci ildə karyerasını bitirən Ronaldo "İnter"dəki illəri ilə bağlı maraqlı açıqlamalar verib. Xezerxeber.com xəbər verir ki, "Sportsweek"ə danışan braziliyalı əfsanə "Yuventus"u suçlayıb.

 

- 2002-ci ilin 5 mayında "Latsio"ya uduzduqdan sonra ağlamağın hələ də unudulmayıb. Bununla bağlı illər sonra nə demək istəyirsən.

 

- Çempionluğu son oyunda itirmək çox pis hiss idi. Amma ondan dörd il sonraki "Calciopoli" qalmaqalı o illərdəki bəzi şeyləri açıq şəkildə göstərdi. 1998-ci ildə İuliano mənə qarşı kobudluq etdi, amma penaltini vermədilər. 2002-ci ildəki son matçda yaşananları isə onsuz da hər kəs bilir. Hər iki mövsümdə "Yuventus" çempion oldu. Moggi, Qiraudo və Betteqa. Böyük üçlük!

 

- Həmin vaxt bəzi şeylərin yalnış olduğunu hiss edirdiniz?

 

- Əlbətdə. İtalyan futbolunun kirli olmasını açıql şəkildə bilirdik, amma əlimizdə sübut yox idi. "Calciopoli" qalmaqalı haqlı olduğumuzu göstərdi.

Xəbər lenti

Çox oxunanlar