Xəzər Xəbər

“Kral klubu” Aleks Telyesi istəyir

İdman | 18:59 • 10 Mart 2014
“Kral klubu” Aleks Telyesi istəyir

İspaniyada efirə gedən bir idman proqramında bu haqda danışlıb. 

Fabio Koentraonun yerinə oyunçu axtarmağa başlayan “Real” Madrid klubu “Cim-Bom”un gənc ulduzunu transfer etmək üçün hərəkətə keçib. Belə ki, Koentraonun çıxışından razı qalmayan baş məşqçi Karlo Ançelotti Marselonun solunda oynaya biləcək futbolçu axtarışındadır. Yayılan xəbərlərə görə, klubun texniki heyəti tərəfindən təqdim olunan Telyes təklifi Ançelotti tərəfindən müsbət qarşılanıb. Braziliyalının gələcək mövsüm La Liqada mübarizə aparmaq ehtimalı istisna olunmur. 

Qeyd edək ki, Aleks Telyes “Marka” qəzetinin təyin etdiyi Avropada çıxış edən Cənubi Amerikalı futbolçulardan ibarət 11-liyində yer alıb.

Xəbər lenti

Çox oxunanlar