Xəzər Xəbər

Spalletti vəzifəsindən getdi

İdman | 10:46 • 11 Mart 2014
Spalletti vəzifəsindən getdi

 

 

İtalyan mütəxəssis Spalletti istefaya göndərilib. Onun yerinə Sergey Semak “Zenit”i çalışdırmağa başlayacaq. 

 

2009-cu ildən etibarən rus klubunu çalışdıran Spalletti bir sıra uğura imza ata bilib.  Mütəxəssis komandasını 2010-cu ildə Rusiya çempionu, Rusiya kuboku və Super kubokun sahibi edib. 2012-ci ildə “Zenit” Spalleti rəhbərliyi altında ikinci dəfə Rusiya birincisi olub. Hazırda Rusiya çempionatının 20-ci turundan sonra “Zenit” turnir cədvəlində 41 xalla II-dir.

 

 Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda “Zenit” öz meydanında “Borusiya Dortmund”a 4-2 hesabı ilə uduzub. Növbəti mərhələyə addımlamaq rus təmsilçisi üçün bir qədər əlçatmaz görünür.

 

Xəbər lenti

Çox oxunanlar