Xəzər Xəbər

Bu gecə nəfəslər kəsiləcək

İdman | 11:10 • 11 Mart 2014
Bu gecə nəfəslər kəsiləcək

 

Bu axşam Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.

 

"Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu öz meydanında "Milan"ı sınağa çəkəcək. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Madrid təmsilçisini bu görüşdə istənilən heç-heçə də qane edir.

 

Günün digər matçı Münhendə baş tutacaq. Burada yerli "Bavariya" klubu "Arsenal"la üz-üzə gələcək. İlk görüşdə Londonda 2:0 hesabı ilə qələbə qazanan Pep Qvardiolanın komandasının 1/4 finala adlamaq şansı daha yüksəkdir. Lakin "Arsenal"ın bu görüşdə revanş alıb-almayacağı maraqla gözlənilir.

 

Qeyd edək ki, sabah 1/8 finalın daha iki qarşılaşması keçiriləcək.

 

 

 

 11 mart

 

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

 

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) (İlk oyun - 1:0)
 
23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) (İlk oyun - 2:0)

 

 

 

12 mart

 

23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0)
 
23:45. PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0)

 




18 mart

 

23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)

 

23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)

 

19 mart

 

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)

Xəbər lenti

Çox oxunanlar