Xəzər Xəbər

Pele Messi barədə danışdı

İdman | 11:55 • 11 Mart 2014
Pele Messi barədə danışdı

 

 

Dünya futbolunun yaşayan əfsanələrindən olan Pele Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi haqqında maraqlı açıqlama verib.

 

Pele “Barsa”dakı Messi ilə Argentina yığmasındakı Messi arasında ciddi bir fərq olduğunu deyib: “Messi “Barselona”da oynayarkən bir futbolçu kimi çıxış edir. Lakin yığmada o, tamam başqa cür oynayır. Argentina millisində biz onu hər sahədə görə bilərik. “Barselona”da onun ətrafında və onu başa düşən Xavi, İniyesta və bir neçə başqa futbolçu kimi inanılmaz gücə malik olanlar var. “Argentina yığmasında isə komanda yoldaşları Messini başa düşə bilmirlər”

 

 

 

Xəbər lenti

Çox oxunanlar