Xəzər Xəbər

“Barselona” məşqçisini qovur

İdman | 15:30 • 11 Mart 2014
“Barselona” məşqçisini qovur

 

 

İspaniyanın "Barselona" klubunun baş məqşçisi Xerardo Martino mövsümün sonunda komandanı tərk edəcək. 

 

Qeyd olunur ki, klub rəhbərliyi argentinalı mütəxəssisə inamını itirib, o özü də komandada qalmaq istəyini bildirməyib.

 

Beləliklə, yaxın vaxtlarda tərəflər müddəti 2015-ci ilin yayında başa çatan müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə danışıqları başa çatdıracaqlar.

 

 Hazırda "Barselona" 63 xalla turnir cədvəlinin 3-cü pilləsindədir (“Trend”).

 

Xəbər lenti