Xəzər Xəbər

"Barselona"da yeni baş məşqçi

İdman | 16:53 • 11 Mart 2014
"Barselona"da yeni baş məşqçi

 

“Barselona”nın baş məşqçisi Xerardo Martino mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. Kataloniyalıların yeni çalışdırıcı axtarışlarına başlaması haqda xəbərlər çoxdan dolaşırdı və indi bu, öz təsdiqini tapıb.

“Barsa” rəhbərliyi argentinalı mütəxəssisə etimadını itirib. Elə Mardino özü də komandada qalmaq arzusunu dilə gətirmir. Katalonların yeni baş məşqçisi postuna isə "Ayaks"ın hazırkı çalışdırıcısı Frank de Burun adı hallanır.

Xəbər lenti