-“Araz Naxçıvan” nəyin hesabına mərhələni adlaya bilər?
-Evdə qazanılan fərqli qələbə cavab matçına stimul verəcək. İlk növbədə çalışmalıyıq ki, qapımızdan top buraxmayaq. Rəqibin səfərdə vurduğu bir top onlara üstünlük yaradacaq. Əgər qapımızın toxunulmazlığını saxlaya bilsək əks hücumlarda istəyimiz çata bilərik. Mənə elə gəlir ki, “Xəzər Lənkəran”la oyumuza daha çox azarkeş gələcək. Onlar hər oyun komandanı dəstəkləyirlər. Bu dəfə tam fərqli olacaq. Bütün stadion tamlıqla dolacaq. Onların dəstəyi komandanın gücünə güc qatacaq. Hər halda əlimizdən gələni edəcəyik ki, “Xəzər Lənkəran”a müqavimət göstərək. Biz asanlıqla “Xəzər Lənkəran”a təslim olmayacağıq. Meydanın hər bir qarışında mübarizə aparmalıyıq ki, sonda sevinən tərəf biz olaq. “Araz Naxçıvan”ın futbolçusundan tutmuş azarkeşinə qədər sona qədər mərhələni adlamaq uğrunda mübarizə aparmalıdır. Yalnız meydanda vuruşaraq bn cür rəqiblə mübarizədən çətinliklə olsa da qalib çıxmaq olar.