Xəzər Xəbər

25 günə 4 "El Klassiko" ola bilər

İdman | 16:55 • 13 Mart 2014
25 günə 4 "El Klassiko" ola bilər

"Barselona" ilə "Real" 25 gün ərzində dörd dəfə üz-üzə gələ bilər.

Artıq iki "El Klassiko"nun baş tutacağı məlumdur.

Hazırda Çempionlar Liqasında 1/4 finala yüksələn "Barselona" ilə yanaşı, ilk matçda səfərdə 6:1 hesablı qələbə qazanan Madrid klubu da demək olar ki, növbəti mərhələyə adını yazdırıb. Bu səbəbdən əzəli rəqiblər ÇL-in 1/4 finalında da qarşılaşa bilər. Əgər bu baş verərsə, 25 gün ərzində dörd "El Klassiko" oynanmış olacaq.

Qeyd edək ki, bu ilin ilk "El Klassiko"su La Liqada İspaniya vaxtı ilə martın 23-ü saat 20:00-da (Bakı vaxtı ilə martın 24-ü, saat 00:00) başlayacaq. "Real"la "Barselona" İspaniya kubokunun finalında da üz-üzə gələcək. Həmin görüş isə Bakı vaxtı ilə aprelin 17-i, saat 00:30-da start götürəcək.

qol.az

Xəbər lenti

Çox oxunanlar